Salyan polisinin axtarışa verdiyi şəxs Fransada SAXLANILDIbackend

Salyan polisinin axtarışa verdiyi şəxs Fransada SAXLANILDI

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Fransada həbs edilib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Salyan RPŞ tərəfindən barəsində dövlətlərarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Şaiq Əliyev Fransa polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bildirilir ki, Ş.Əliyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 310 və 320-ci (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə iş başlanılıb. Onun saxta sənədlər əsasında Fransaya getdiyi və orada yaşadığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*