Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış olub.
KONKRET.az xəbər verir ki, rayonun Ziyadlı kəndində qaz sızması nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində 1937-ci il təvəllüdlü S.Ağayeva və nəvəsi, 1993-cü il təvəllüdlü H.Ağayev müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.
