Saqatelyan: “Az adam bilir ki, 2011-ci ildə Azərbaycanda mənim başıma pul qoyulmuşdu”backend

Saqatelyan: "Az adam bilir ki, 2011-ci ildə Azərbaycanda mənim başıma pul qoyulmuşdu"

“Həbsim antiazərbaycan təbliğatını həyata keçirməyimlə əlaqəlidir”

KONKRET.az xəbər verir ki, bu sözlər Milli Məclis aparatının keçmiş rəhbəri Ara Saqatelyana məxsusdur.

“Az adam bilir ki, 2011-ci ildə çox Azərbaycanda başıma pul qoyulmuşdu. Azərbaycan mətbuatı, ekspert dairələri 2009, 2010, 2011-ci illərdə məni Gebbels adlandırır və ünvanıma təhqiramiz ifadələr işlədirdilər. O ki qaldı Nikola, bu adamın və ətrafının xidmət dairəsi o qədər böyükdir ki, erməni xalqı heç bunu təsəvvürünə gətirə bilməz. Onlar dövlətçiliyimizi, bizim üçün dəyərləri olan hər şeyi bir neçə yerə sata bilərlər. Nikol Paşinyanın ağlı başında deyil. Onun özbaşına qərarlar verdiyini və onları həyata keçirdiyini, ya da bir şəkildə kimlər tərəfindənsə idarə olunduğunu düşünmək üçün kifayət qədər əsasım var”, – deyə Ara Saqatelyan vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*