Saqatelyan: “Növbəti dəfə Simonyan Qarabağdan olan nümayəndələrə Azərbaycan pasportu TƏQDİM EDƏCƏK”backend

Saqatelyan: "Növbəti dəfə Simonyan Qarabağdan olan nümayəndələrə Azərbaycan pasportu TƏQDİM EDƏCƏK"

“Növbəti görüşdə Alen Simonyan Azərbaycan pasportunu Qarabağdan olan nümayəndə heyətinə təhvil verəcək”.

KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan Qeqam Manukyanla söhbətində bildirib.

“Maraqlıdır, Qarabağdan olan nümayəndə heyəti Alen Simonyandan nə gözləyirdi?

Biz iki parlament müxalifət fraksiyaları bir il yarımdır ki, eyni Alen Simonyandan Ermənistan və Qarabağ “parlamentlərarası komissiyasının iclası”nı çağırmağı tələb edirik. O özü bunu etməkdən qorxurdu, bunu Əliyevə xoş gəlmək üçün etməyib. Açıq mətnlə bəyan edib ki,Qarabağ Azərbaycanın bir hissəsidir.

İndi nümayəndə heyəti Alen Simonyandan nə gözləyir? Növbəti görüşdə Alen Simonyan onlara Azərbaycan vətəndaşının pasportunu verəcək. Onunla görüşə bu prosesi qanuniləşdirmək üçün getmisiniz?”, – deyə Saqatelyan bildirib.

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*