Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil”backend

Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil”

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Facebook səhifəsində geniş məqalə ilə çıxış edib.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o hazırkı Paşinyan hakimiyyətini növbəti dəfə sərt dillə tənqid edib.

“İnsanların inqilabla bağlı gözləntiləri çin olmadı, əksinə hər şey daha da pis oldu: müşahidə kameraları artdı, nəqliyyatın hərəkəti pisləşdi, amansız bal cəriməsi sistemi tətbiq olunur və invesitiyaların azalması, qazın qiymətinin artması gözlənilir”-deyə Minasyan yazıb.

O, Paşinyan və komandasının inasani hisslərdən məhrum olduğunu düşünür.

“Paşinyan və komandası adam deyil. Çünki yalnız insan olmayanlar baş sağlığı verməz, nə öz, nə də müxalifətçilərin ailəsinə aman verməz, hakimiyyəti əldə saxlmaq üçün hər yola baş vura bilər”.

Serj Sarkisyanın kürəkəni Nikol Paşinyan və onun komandasının tarix səhnəsindən silinməyəcəyi təqdirdə ölkəni və xalqı süqutun gözləyəcəyini proqnozlaşdırır.

Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*