“Şarli Hebdo” Rusiyada da nəşr olunacaq? – Kremlbackend

"Şarli Hebdo" Rusiyada da nəşr olunacaq? - Kreml

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu ölkədə Fransanın “Şarli Hebdo” kimi jurnalının nəşrinin mümkünsüz olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, D.Peskov jurnalistlərə müsahibəsində Rusiyanın həm də müsəlman ölkəsi olduğunu deyib.

“Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. Rusiyanın təməl dini xristianlıq olsa da, əhalinin əksəriyyəti xristiandır, ölkəmizin nadirliyi məhz çoxmillətli və çoxkonfessional olmasındadır. Burada bütün konfessiyaların nümayəndələri bir-birinə ehtiram və hörmət şəraitində yaşayırlar”, – deyə o, bildirib.

Kremlin nümayəndəsinin sözlərinə görə, belə bir nəşrin Rusiyada buraxılması həm də qanunvericilik baxımından mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*