Sasun Mikaelyan: “Azərbaycanlılar istənilən vaxt Sünikdə Ermənistan vətəndaşlarını oğurlaya bilərlər”backend

Sasun Mikaelyan: "Azərbaycanlılar istənilən vaxt Sünikdə Ermənistan vətəndaşlarını oğurlaya bilərlər"

“Sünik bölgəsində azərbaycanlılar istənilən vaxt Ermənistan vətəndaşlarını qaçıra bilərlər”.

KONKRET.az xəbər verir ki, bunu hakim “Mənim Adımım” blokunun üzvü Sasun Mikaelyan müdafiə və yəhlükəsizlik məsələləri komissiyasındakı müzakirələrdə bildirib.

O, bir neçə dəfə Sünikdə olduğunu və bununla əlaqədar narahatlığını iclasda iştirak edən Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Stepan Melkonyana dilə gətirdiyini qeyd edib. “Sünikdə təhlükəsizlik necə təmin edilir? Oradaydım, hər şeyi gördüm. Yol açıqdır, hər şey açıqdır. Bir tərəfdən türklər, digər tərəfdən biz. Anlaşılmaz vəziyyətdir. Bu insanların təhlükəsizliyi necə təmin ediləcək? Açığını deyim ki, gizlədəcək bir şeyim yoxdur: hər an bir türk bir ermənini bu yoldan oğurlaya bilər. Aydındır. Fəaliyyətə başlamaq üçün belə bir şeyin baş verməsi üçün nə lazımdır?”.

Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Stepan Melkonyan isə qeyd edib ki, erməni sərhədçiləri əyalətdə fəal işləyir və vətəndaşların təhlükəsizliyini təmin edirlər. Sərhədin son delimitasiyasının 520 kilometrlik hissədə həyata keçirilmədiyini və bu səbəbdən sərhədçilər tərəfindən təcili müdaxilə və tədbirlər görülməsini tələb edən problemlərin vaxtaşırı ortaya çıxdığını xatırladıb. Melkonyan yolun Qafana gedən 21 kilometrlik hissəsinin problemli olduğunu qeyd edib. O, yolun bu hissəsinin münaqişəli vəziyyətlərin həllinə kömək edən Rusiya sərhədçiləri tərəfindən də nəzarət edildiyini xatırladıb.

Deputat Melkonyanın izahatlarını qəbul etməyib. Mikaelyan qeyd edib ki, “Bu yaxınlarda orada idim. Bir-iki saat orada dayanmalı oldum, ancaq nə bizim, nə də rus sərhədçilərini görmədim. Bunu düşünməyə dəyər”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*