Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri tarixi əhəmiyyət daşıyırbackend

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri tarixi əhəmiyyət daşıyır

Azərbaycan Prezidentinin Özbəkistana hazırkı dövlət səfəri, heç şübhəsiz, tarixi əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında deyib.

Özbəkistan Prezidenti bildirib ki, imzalanan, razılaşdırılan hər bir məsələ ikitərəfli əməkdaşlıq üçün tarixi hadisədir: “Bu gün biz Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzaladıq. Bu, münasibətlərimizin artıq hansı yüksək səviyyəyə çatdığını göstərir. Bu münasibətlər regionlar, biznes dairələri, hökumətlər və parlamentlər arasında da mövcuddur. Bu, sadəcə sənəd deyil. Bu, qarşılıqlı fəaliyyətimizi dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq üçün birgə səylərimizin əksidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*