Seçkilərdə qələbəsi təsdiqləndibackend

Seçkilərdə qələbəsi təsdiqləndi

Belarusun Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun yanvarın 26-da keçirilən prezident seçkilərində qələbəsini təsdiq edib. 

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Belarus MSK bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, ölkənin hazırkı lideri A.Lukaşenko seçkilərdə 86,82 faiz (5,1 milyon səs) səslə qalib gəlib.

Bununla yanaşı, seçkidə iştirak edən Sergey Sırankov 3,21%, Oleq Qaydukeviç 2,02%, Anna Kanopatskaya 1,86%, Aleksandr Xijnyak isə 1,74% səs toplayıb.

Xatırladaq ki, seçki başa çatdıqdan sonra Belarus MSK ilkin nəticələrə əsasən, Lukaşenkonun 86,82 faiz səslə qalib gəldiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*