Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sosial şəbəkə hesablarındakı paylaşımı diqqət çəkib.
KONKRET.az xəbər verir ki, paylaşımda “Azərbaycan əsgəri, sənə zirvə yaraşır” sözləri qeyd edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevoin şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlamasından sonra bu paylaşımın edilməsi müzakirələrə səbəb olub.
Paylaşımın Azərbaycan Ordusunun sentyabr ayında keçirdiyi uğurlu əməliyyatları xatırlatmaq səbəbindən edildiyi ehtimal olunur.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir. Bir qədər əvvəl iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.(globalinfo)