Səfirliyin əməkdaşı Rusiyaya casusluq etdiyini ETİRAF ETDİbackend

Səfirliyin əməkdaşı Rusiyaya casusluq etdiyini ETİRAF ETDİ

Berlindəki Britaniya səfirliyində təhlükəsizlik işçisi olmuş Devid Smit Rusiyaya casusluq etdiyini etiraf edib.

KONKRET.az Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, noyabrın 4-də keçirilən məhkəmədə irəli sürülən 9 ittihamdan 8-i üzrə təqsirli bilinən 58 yaşlı Smit 14 il həbs cəzası alacaq.

Məlumata görə, səfirlikdə 8 il mühafizəçi işləmiş Smit Rusiya hərbi attaşesinə səfirlik əməkdaşlarının fəaliyyəti, şəxsiyyətləri, ünvanları və telefon nömrələri ilə bağlı məlumatları ötürüb.

Ona qarşı irəli sürülən ittihamlara görə, Smitin 2020-ci il oktyabrın 31-dən dekabrın 1-dək Rusiyanın Berlindəki hərbi attaşesi general-mayor Sergey Çukurovla görüşüb.

Qeyd edək ki, Devid Smit 2021-ci ilin avqustunda Rusiyaya casusluq ittihamı ilə Almaniyada həbs olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*