Şəhid bacısı qardaşının döyüşdüyü səngərdən görüntülər çəkdi – VİDEObackend

Şəhid bacısı qardaşının döyüşdüyü səngərdən görüntülər çəkdi - VİDEO

Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan kapitan Əsəd Həsənovun ailə üzvləri onun vətən uğrunda canından keçdiyi əraziyə baş çəkiblər.

KONKRET.az xəbər verir ki, Ağdama səfər edən şəhidimizin atası Fərhad Həsənovla bacısı Günay Əsədova hərbçimizin döyüşdüyü səngərdə olublar.

Bu zaman şəhid kapitanın bacısı qardaşının Vətən müharibəsində şücaət göstərdiyi ərazini lentə alıb, döyüşdüyü səngərləri, onun hansı yerdə şəhid olduğunu göstərib.

Günay Həsənova qardaşının şəhid olduğu səngərdən torpaq da götürüb. O bildirib ki, şəhid qanının axan bu torpaqda Xarı Bülbül əkəcək və onu qardaşının məzarı üstünə qoyacaq.

Qeyd edək ki, İmişli rayonundan olan şəhid kapitan Əsəd Həsənov Ağdamda yerləşən N saylı hərbi hissənin Qərargah rəisi olub. O, oktyabrın 1-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə 32 yaşında şəhidlik zirvəsinə ucalıb.

Onu da əlavə edək ki, şəhidin bacısı Günay Əsədova Zəfər paradını Əsəd Həsənovun şəkilini bağrına basaraq göz yaşları ilə izləmişdi./qafqazinfo/

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*