Şəhid jurnalistin adı küçəyə verildi – FOTObackend

Şəhid jurnalistin adı küçəyə verildi - FOTO

İyunun 4-də Kəlbəcər rayonunda xidməti fəaliyyətlərini yerinə yetirərkən minaya düşərək şəhid olan “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimovun adı əbədiləşdirilib.

KONKRET.az xəbər verir ki, M. İbrahimovun adı paytaxtın Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən və vaxtilə özünün də yaşadığı küçəyə verilib.

Bu barədə onun dostları sosial şəbəkədə paylaşım ediblər.

Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində həm Məhərrəm İbrahimovun, həm də digər şəhid jurnalist Sirac Abışovun adları onların xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə də həkk olunmuşdu.

Qeyd edək ki, sözügedən şəhidlərin ölüm faktı ilə bağlı Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Rəsmi açıqlamaya görə, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*