Şəhid övladının bu çıxışı hamını kövrəltdi – VİDEObackend

Şəhid övladının bu çıxışı hamını kövrəltdi - VİDEO

Azərbaycanın 44 günlük haqq savaşı böyük zəfərlə bitdi. Bu qüruru bizə Prezident, Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Müharibədə döyüş də var, şəhidlik də.. Bizim də gözündə qorxu olmayan, düşmənin başını əzən, torpaqlarımız uğrundan gözünü qırpmadan canını fəda edən qəhrəman oğullarımız şəhid oldu. Şəhidlik zirvəsinə ucalan mərd qardaşlarımız əbədi olaraq xalqın yaddaşında yaşayacaq. Onlardan geriyə qəhrəmanlıqları haqqında xatirələr və ailələri, övladları qaldı.. O övladlar ki, bizim üçün ən qiymətli əmanət, ən qiymətli sərvətdir.

KONKRET.az xəbər verir ki, ötən gün keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərinin birində çıxış edən şəhidlərimizdən biri olan Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılovun çıxışı bizi bir daha qürurlandırdı. Tədbirin sonunda təşkilatçılar tərəfindən ona təqdim olunan “XarıBülbül” döş nişanının ölkə başçısına göndərilməsini xahiş edən balaca Ağaseyid – “Qoy onlar bu nişanı məndən yadigar saxlasınlar. Mən çox istəyirəm ki, gələn dəfə Şuşada, Şuşa qalasının yanında İlham əmi və Mehriban xalayla bir yerdə belə bir gün keçirək. Onlara burdan salam göndərirəm” – dedi.

Daha sonra iştirak etdiyi tədbirin hədsiz xoşuna gəldiyini dilə gətirən gələcək igidimiz – “Bu gün hiss elədim ki, atam da mənə göylərdən baxır. Tək atam yox, burda olan bütün uşaqların ataları biz görməsək də bizim yanımızdadırlar. Bu gün yenə hiss elədim ki, mənim atam əsl qəhrəmandır. Burdakı bütün uşaqların ataları qəhrəmanlardır” – dedi. O, atasıyla fəxt etdiyini deyərək, ona layiq övlad olacağına söz verdi.

Qeyd edək ki, “Mənim atam qəhrəmandr” layihəsinin silsilə tədbirləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilir. Tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Bu zamana qədər Bakı şəhərinin ən görkəmli yerlərində, tarixi məkanlarında həyata keçirilən “Mənim atam qəhrəmandır”layihəsinin silsilə tədbirlərində Azərbaycanın bir sıra tanınmış incəsənət xadimləri, o cümlədən Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Röya Ayxan, Sevda Ələkbərzadə, Natiq Şirinov, Təranə Muradova iştirak edib./Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*