Şəhid övladları bu təhsil müəssisələrində ödənişsiz oxuyacaqlar – SİYAHIbackend

Şəhid övladları bu təhsil müəssisələrində ödənişsiz oxuyacaqlar - SİYAHI

Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 143 və yaralıların 21 müraciəti olmaqla ümumilikdə 164 müraciət təmin edilib.

KONKRET.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Fondun 1 yaşı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 AZN vəsait qarşılanıb:

“Təhsil haqqı qarşılanan 66 şəxsin ödənişi Fond tərəfindən, 60 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb. 2 dekabr 2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb.

Əməkdaşlıq çərçivəsində imtahanda uğurlu nəticə əldə etmiş 34 şəhid övladı özəl təhsil müəssisələrində ödənişsiz kvota əsasında təhsil alır. Eyni zamanda 7 şəhid övladı ödənişsiz kvota əsasında bağça və məktəbəqədər təhsil müəssisəsinə qəbul olunub. 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 AZN təsis edilib. Cari günədək 36 şəxsə 2000 AZN vəsait köçürülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*