Şəhid statusu bu qayda ilə veriləcək – Baş Nazirdən QƏRARbackend

Şəhid statusu bu qayda ilə veriləcək - Baş Nazirdən QƏRAR

Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişib.

KONKRET.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə biləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*