Şəhid Xudayar Yusifzadəni təhqir edənin döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Şəhid Xudayar Yusifzadəni təhqir edənin döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar:

“İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*