Şəhidimiz Gəncədə dəfn ediləcək – FOTObackend

Şəhidimiz Gəncədə dəfn ediləcək - FOTO

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

KONKRET.az report-a istinadən xəbər verir ki, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*