Şəhidimiz torpağa tapşırıldı – FOTO – YENİLƏNİBbackend

Şəhidimiz torpağa tapşırıldı - FOTO - YENİLƏNİB

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayev torpağa tapşırılıb.

KONKRET.az xəbər verir ki, şəhidimiz Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

***

10:44
Vətən müharibəsində şəhid olan və nəşi ailəsinə təhvil verilən hərbçi Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, 1992-ci il təvəllüdlü şəhid hərbçinin nəşi doğulduğu Gəncə şəhərinə gətirilib.

Səkkiz aydır itkin hesab edilən şəhidin vida mərasimində hərbçilər, şəhidin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

O, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub./oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*