Şəhidimiz Tural Həsənovun anım günüdür – FOTObackend

Şəhidimiz Tural Həsənovun anım günüdür - FOTO

30.12.2021-ci il tarixində şəhidimiz Həsənov Tural Rauf oğlunun anım günüdür. Əslən Laçın rayonu Mişni kəndindən olan sakit təbiətli, mehriban, böyük-kiçik yeri bilən bu gənc oğlan hamının hörmətini qazanmışdı.

KONKRET.az xəbər verir ki, Həsənov Tural Rauf oğlu 1997-ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olmuşdur. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakültəsinə qəbul olub. 2018-ci ildə həmin universitetdən məzun olmuşdur. 2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə getmiş, 2019-cu il iyul ayında hərbi xidmətdən tərxis olunmuşdur. 2020-ci il sentyabr ayının 21-də Tural Səfərbərlik xidmətinin çağırışı ilə hərbi xidmətə getmişdir. 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək şəhid olmuşdur. Tural,  Füzuli,  Cəbrayıl  və  Şuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Şəhidin il dönümündə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Rayon Polis İdarəsinin rəisi, İcra Hakimiyyətinin məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin zabitləri, Şəhidin ailəsi və yaxınları şəhidin məzarını ziyarət etmiş məzarı üzərinə əklil qoymuşdur. Daha sonra Şəhidin anım gününə həsr olunmuş tədbirdə iştirak etmişdir.

Şəhidimiz Tural Həsənovun anım günüdür- FOTO

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*