Şəhidlərin bacı-qardaşlarına da mənzil və müavinətlər verilə bilər – Millət vəkili dövlət qurumlarına SƏSLƏNDİbackend

Şəhidlərin bacı-qardaşlarına da mənzil və müavinətlər verilə bilər – Millət vəkili dövlət qurumlarına SƏSLƏNDİ

Millət vəkili Fazil Mustafanın Parlamentdəki çıxışı ictimaiyyət tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, deputatın şəhid ailələri ilə bağlı səsləndirdiyi fikirlər və parlamentdə qaldırdığı məsələ bu təbəqədən olan insanların sevincinə səbəb olub:

“Bizim bir çox şəhid ailələri var ki, onların valideynləri rəhmətə gedib. Onların ailələri və övladları da yoxdur. Yalnız bacı və qardaşları var. Bu çox az sayda şəhidlərə aid olan məsələdir. Bacı və qardaşları isə onların himayəsində olan insanlar idi, onlar işləyib çörək pulu qazanıb doğmalarını yaşadırdılar. Amma bu gün mənzil, 500 manat müavinət və başqa hüquqlar onlara şamil edilmir. Onların sayı çox deyil. Hesab edirəm ki, dövlət qurumları bu məsələ üzərində düşünməlidirlər. Həmin şəhid ailələrinə, bacı və qardaşlarına, himayəsində olanlara bu  yardımı göstərməlidirlər” – millət vəkili vurğulayıb.

Onlar ağ rəngdə “kraskalanmış” göyərçinlərdir “- Deputat Fazil Mustafa ilə

Fazil Mustafa əlavə edib ki, dövlət bu istiqamətdə onsuz da böyük işlər görür: “Mənzillərlə təmin etmək, müavinətlərin verilməsi böyük maliyyə tələb edir. Amma bu insanlar onu haqq edirlər. Bu insanlar elə bir fəaliyyət göstəriblər ki, onların bacı və qardaşlarını düşünüb bu addımı atsaq, böyük humanist addım olar”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*