Səhiyyə Nazirinin məsləhəti insanları qəzəbləndirdi: “KÖK YEYİN” – VİDEObackend

Səhiyyə Nazirinin məsləhəti insanları qəzəbləndirdi: "KÖK YEYİN" - VİDEO

Hindistanda havanın çirklənməsi sağlamlıq problemlərinə səbəb olub.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi belə vəziyyətdə əhaliyə verdiyi məsləhətlə onların qəzəbinə tuş gəlib.

Belə ki, nazirlik işçiləri çirkli havadan və ekologiyanın təsirindən yarana biləcək korluq və xəstəliklərə qarşı sağlamlığı qorumaq üçün çölə çıxmamağı və kök yeməyi məsləhət görüb.

Hindistanın Səhiyyə Naziri Harş Vardham sözügdən məsələ ilə bağlı sosial mediada etdiyi paylaşımı böyük reaksiyaya səbəb olub:

“Kök yemək Hindistanda tez-tez müşahidə edilən gecə korluğuna qarşı orqanizmin A vitamini, kalium və antioksidantlar qəbul etməsinə kömək edir. Həmçinin kök çirklənmə ilə bağlı yarana biləcək digər sağlamlıq problemlərə qarşı qoruyur”.

Nazirin bu paylaşımına sonra sosial media istifadəçiləri “Niyə ofisdən çıxıb həqiqətən mənalı iş görə biləcək birinə yol açımırsınız? Artıq xəstələri müalicə etməməklə və “kök siyasəti” ilə  etdiklərinizdən məmnunluq duyursunuz” şəklində reaksiya veriblər.

Hətta Hindistanın Ekologiya Naziri də sosial mediadakı paylaşımında “Günə musiqi ilə paylaşın” yazarkən “bir az oksigeni hardan yükləyə bilərəm?” şərhi ilə öz cavabını alıb.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*