Səhiyyə Nazirliyi bu aptekləri cərimələdi – SİYAHIbackend

Səhiyyə Nazirliyi bu aptekləri cərimələdi - SİYAHI

“Zeytun Pharmaceuticals”, “Buta Farm” və “Vita Aptekləri” MMC-yə cərimə yazılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib edib.

Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*