backend

Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ - YENİLƏNİB

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov pandemiya ilə əlaqədar əhaliyə müraciət edib.

KONKRET.az xəbər verir ki, o, vətəndaşları diqqətli olmağa çağırıb.

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə son zamanlarda koronavirusa yoluxma halları artsa da yenidən məhdudiyyətlər tətbiq edilməyib:

“Təcrübə göstərdi ki, biz doğru yoldayıq. Hazırda yoluxma dalğasının enişindəyik. Payız-qış mövsümü, məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi ilə toyların yenidən başlaması yaxın təmasların artması deməkdir. Eləcə də havalar soyuduğundan toy mərasimləri açıq havada deyil, qapalı məkanlarda keçiriləcək.

Yoluxma sayında artımın olmaması üçün mümkün risklər qiymtələndirilməli, kütləvi yerlərdən uzaq durulmalı, lazımi qaydalara əməl edilərək vaksinasiya prosesində iştirakı təmin etməliyik. Belə olan halda müsbət irəliləyişləri müşahidə ola bilərik. Digər məhdduyiyyətlərin də aradan qaldırılmasına zəmin yaratmış olarıq”.

***

 11:04
Azərbaycan Respublikasının Səhiyyə nazirliyi bu gün əhaliyə müraciət edəcək.

KONKRET.az xəbər verir ki, müraciətdə əhaliyə koronavirusla bağlı tövsiyələr veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*