Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Səyyad Aranın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirmək istərdik.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib. Qeyd olunub ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir: “Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”.
Qeyd edək ki, deputat Səyyad Aran səhiyyə nazirinin qəbulu ilə bağlı fikirlər dilə gətirib: “Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur. Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar. Qışda isti, yayda sərin otaqlarda insanları… Nəysə, bu sözü demək istəmirəm. Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir”.
