Şəkər beyinə narkotik kimi təsir edir-Alimlərdən AÇIQLAMAbackend

Şəkər beyinə narkotik kimi təsir edir - Alimlərdən AÇIQLAMA

Şəkər beyinə narkotik maddə kimi təsir edir, beyinin kimyasını dəyişir və vərdiş yaradır.

KONKRET.az-ın məlumatına görə, Danimarkanın Orxuss universitetinin alimləri bu qənaətə gəliblər.

Alimlər donuzlar üzərində təcrübə aparıblar. 12 gün ərzində heyvanlara 2 litr şəkərli su verilib. “MRT” vasitəsilə alimlər təcrübədən əvvəl və təcrübə başa çatdıqdan sonra donuzların beyinlərini müqayisə ediblər. Məlum olub ki, 12 gündən sonra beyin sistemində ciddi dəyişikliklər meydana çıxıb. Belə ki, şəkər beyinə narkotik maddə kimi təsir edir. Şəkər vərdiş yaradır. Buna görə də bir çoxları şəkərə meylli olmaqdan şikayət edirlər.

Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*