Şəkidə 2 uşaq anası soyuqdəymədən öldübackend

Şəkidə 2 uşaq anası soyuqdəymədən öldü

Şəkidə iki uşaq anası soyuqdəymədən ölüb.

KONKRET.AZ xəbər verir ki,​ rayonun 1993-cü il təvəllüdlü İnçə kənd sakini İsayeva​ Xəyalə Qəhrəman qızı ötən gün axşam saatlarında​ yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

X.İsayeva xəstəxanaya çox ağır vəziyyətdə qəbul olunub. Qəbul olunduqdan bir qədər sonra isə dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, X .İsayevanın səhhətində bir neçə göndür ki, yüksək hərarətlə müşahidə edilən soyuqdəymə olub.

X.İsayevanın ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti məhkəmə tibbi ekspertiziyasına təhvil verilib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*