Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar varbackend

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə saat 16 radələrində Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verib.

İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Şəki şəhər sakini Vüsal Elman oğlu İlyasov, 1991-ci il təvəllüdlü Bakı şəhər Zabrat sakini Aygün Vidadi qızı Əsgərova və 1994-cü il təvəllüdlü Bakı şəhəri Maştağa sakini Fərəh Elşad qızı Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*