Şəkidə itən azyaşlı axtarılır – Əqli qüsurludubackend

Şəkidə itən azyaşlı axtarılır - Əqli qüsurludu

Şəki şəhər sakini 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-ü səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

KONKRET.AZ bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, o, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan  DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, azyaşlının əqli qüsuru da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*