Şəkidə minik avtomobili aşıb, xəsarət alan varbackend

Şəkidə minik avtomobili aşıb, xəsarət alan var

Şəkidə minik avtomobili aşıb, Bakı sakini xəsarət alıb.

KONKRET.az xəbər verir ki,şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verib. 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Teymur Əliyevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Günay Baxşəliyeva xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*