İtaliya hökuməti İspaniyanın sərhəd nəzarətinin ləğvi ilə bağlı müraciətini rədd edib.
KONRKET.az xəbər verir ki, Roma administrasiyası İspaniyanın Sebta şəhərinə qanunsuz miqrant axını səbəbindən Şengen rejimi çərçivəsində tətbiq olunan sərhəd məhdudiyyətlərinin ən azı avqustun 15-dək qüvvədə qalacağını açıqlayıb.
Hökumətin yaydığı bəyanatda bildirilib ki, İtaliya milli təhlükəsizlik və sərhəd nəzarəti məsələlərində xaricdən gələn təzyiq və ultimatumları qəbul etmir. Qeyd olunub ki, təhlükəsizlik və terror riski tam aradan qalxmayana qədər tətbiq olunan məhdudiyyətlər yenidən nəzərdən keçirilməyəcək.
İtaliya rəsmiləri İspaniya tərəfinin açıqlamalarına istinad edərək, avqustun 15-də Sebtaya yeni qanunsuz miqrant axınının gözlənildiyini xatırladıblar. Onların sözlərinə görə, risk davam etdiyi müddətdə mövcud məhdudiyyətlər də qüvvədə qalacaq.
Bəyanatda həmçinin vurğulanıb ki, təhlükəsizlik təhdidi və Avropaya qanunsuz miqrasiya riski aradan qalxacağı təqdirdə qərara yenidən baxıla bilər. Bildirilib ki, bu addım İspaniyaya qarşı siyasi mövqe deyil və oxşar tədbirlər əvvəllər Sloveniya və digər Avropa ölkələri ilə bağlı da tətbiq olunub.
Qeyd edək ki, İspaniya Jandarması avqustun 15-də Sebtaya qanunsuz keçidlərlə bağlı çağırışlardan xəbərdar olduqlarını açıqlamışdı. Bundan sonra İtaliya Sebta üzərindən Avropaya keçə biləcək qanunsuz miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün İspaniya ilə Şengen rejimi çərçivəsində sərhəd nəzarətini müvəqqəti bərpa edib.
İspaniya hökuməti isə bundan əvvəl bəyan etmişdi ki, İtaliya bazar gününə qədər sərhəd nəzarətini ləğv etməsə, İtaliyadan gələn sərnişinlərə qarşı cavab tədbirləri görüləcək. Sebtadakı miqrasiya böhranı iki ölkə arasında diplomatik gərginliyi davam etdirir.\\”Yeni Sabah”
