SEPAH-ın Zəngilanda tapılan gizli tuneli minalanıbmış – FOTO – YENİLƏNİBbackend

SEPAH-ın Zəngilanda tapılan gizli tuneli minalanıbmış - FOTO - YENİLƏNİB

Zəngilanda aşkar olunan SEPAH-a məxsus gizli tunel düşmən tərəfindən minalanıbmış.

KONKRET.az xəbər verir ki, bu barədə CBC jurnalisti Elmira Musazadə məlumat verib.

“Tunel minalanmışdı. Sapyorlarımız tərəfindən təmizləndi və xoşbəxtlikdən heç kim zərər görmədi. Lakin düşünürəm ki, biz hələ  çox belə minalar və tələlərlə rastlaşacağıq”, -deyə jurnalist qeyd edib.

Diqqət çəkən məqamlardan biri budur ki,  bütün 30 il ərzində bu sərhədlərə heç bir şəkildə nəzarət olunmayıb və narkokartellər üçün sadəcə “yaşıl yol” olub.

***

12:26

SEPAH-ın Zəngilanda gizli tunelləri tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Elmira Musazadə öz Twitter hesabında işğaldan azad edilmiş Zəngilan rayonunda İran-Azərbaycan sərhədində gizli tunelin şəkilini dərc edib.

Zəngilanda İranla sərhəddə aşkar edilmiş bu tuneldən İranın narkotik maddə, eləcə də Ermənistana silah daşıdığı bildirilir.

Həmin fotonu təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*