İsrailin Suriya paytaxtı Dəməşqi bu günlərdə vurması nəticəsində yaralanan İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) müşaviri Məcid Divani oktyabrın 3-də ölüb.
KONKRET.az xəbər verir ki, məlumatı İSNA yayıb.
Bildirilib ki, Məcid Divani Sepahın aparıcı fiqurlarından olub. Məlumata görə, o, oktyabrın 1-də İsrailin Dəməşqi vurması nəticəsində yaralanıb. İnformasiyaya əsasən, həmin gün üç nəfər ölmüş, doqquz nəfər yaralanmışdı.
Ölənlər arasında suriyalı jurnalist Səfəə Əhməd də olub.//Report