Yenilənmiş nüvə doktrinasına uyğun olaraq, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin təhlükəsizliyini təmin edir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib: “Yeni doktrinada KTMT ölkələrinə üstünlük verilir. Bununla belə, mənim fikrimcə, xüsusi diqqətə layiq olan mühüm əlavə var – bu, Belarusa aiddir”. O, həmçinin vurğulayıb ki, doktrina Rusiyanın nüvə çətirinin müttəfiqlərinə də genişlənməsini nəzərdə tutur. Şoyqu əlavə edib ki, yenilənmiş nüvə doktrinası aydın və şəffafdır. Eyni zamanda Qərb ölkələri bunu diqqətlə öyrənməlidir.
Vəli Həsənoğlu,
KONKRET.az