Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 1/2 final görüşündə qalib olub.
KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançının rəqibi ABŞ-ın olimpiya və ikiqat dünya çempionu Kayl Snayder olub. İlk hissədən Snayder 1:0 hesablı üstünlüklə ayrılıb. İkinci hissədə Şərifov daha fəal güləşərək, önə keçib. Bununla da azərbaycanlı Avropa, dünya və olimpiya çempionu finala adlayıb.
Həlledici qarşılaşmada rəqib rusiyalı olimpiya, 3 qat dünya, 3 qat Avropa çempionu və Avropa Oyunlarının 2 qat qalibi Abdulrəşid Şadullayev olacaq.
İldırım Musayev
