Serj Sarkisyan koronavirusa yoluxdubackend

Serj Sarkisyan koronavirusa yoluxdu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, o, 17 yanvardan etibarən evdə karantindədir.

Qeyd olunub ki, sabiq prezident özünü yaxşı hiss edir və bütün görüşlərini və səfərlərini təxirə salıb.

Xatırladaq ki, ötən il noyabr ayında Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusa yoluxaraq 58 yaşında ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*