Serj Sarkisyan Qarabağa qanunsuz SƏFƏR ETDİ – FOTObackend

Serj Sarkisyan Qarabağa qanunsuz SƏFƏR ETDİ - FOTO

Xocalı qatili, terrorçu Serj Sarkisyan bu günlərdə Qarabağa qanunsuz səfər edib.

KONKRET.az xəbər verir ki, rəsmi Bakı sülhməramlılardan separatçı hərəkatla əlaqəsi olan və tərəflərin barışmasına köməklik göstərməyən şəxsləri Qarabağa buraxmamağı tələb edib.

Görünür, “sülhməramlı” adı altında Laçın dəhlizini “aşsüzən”ə döndərən ruslar hələ öhdəliyini yox, istəyini yerinə yetirir. Bu da onların mandat məsələsinin aqibətini artıq bəlli edir.

Serj Sarkisyan kimi quldur Qarabağa qeyri-qanuni səfər edir və sülhməramlıəlar da bunu görməzdən gəlir.

Ermənistanın keçmiş prezidenti olmuş Sarkisyan rəsmi İnstaqram səhifəsində terrorist dostları Bako Saakyan, Arkadi Qukasyan, Pargev Srbazanla birlikdə Qarabağdan foto yayımlayıb və yazıb: “Dostlarla”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*