“Şərqdən qərbə qədər yerlə bir et!” – Rus ordusunun cinayətlərini sübut edən daha bir SƏS YAZISIbackend

"Şərqdən qərbə qədər yerlə bir et!" - Rus ordusunun cinayətlərini sübut edən daha bir SƏS YAZISI

“Şərqdən qərbə yerlə yeksan et!”: UTX Sumıdakı rus hərbçilərin növbəti danışığını yayıb.

KONKRET.az xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti rusların Ukraynada müharibə qanunlarının kütləvi şəkildə pozulmasına dəlalət edən danışıqlarının növbəti dinləməsini dərc edib.

Mətbuat xidmətinin bildirdiyinə görə, idarə o qədər belə halları qeydə alır ki, Rusiya Federasiyasının hərbi müdaxiləsini “dinc ukraynalıları məhv etmək üçün cəza əməliyyatı kimi xarakterizə etmək olar”.

Buna misal olaraq, UTX nümunə kimi Trostyanetsdə (Sumı vilayəti) rus ordusunun iki zabiti arasında aparılan danışıqlarını göstərir.

Rusiya ordusunun iki zabitinin söhbətində onlardan biri digərinə Sumı vilayətində dinc sakinlərlə birlikdə üç Ukrayna kəndini tamamilə məhv etməyi əmr edib.

“Dağıt hər yeri, məhv elə, yaşayış yerlərinin hamısını vur, şərqdən qərbə qədər yerlə bir et!”, – deyə Ukraynanın kəndlərinin adlarını və kordinatlarını qarşı tərəfə çatdırır. Qarşı tərəf də əməliyyatları tapşırıldığı kimi yerinə yetirdiyini, yaşayış yerlərini “yerlə yeksan” etdiyini deyir.

Əməliyyat məlumatlarına görə, “Venets” 4-cü Tank Diviziyasının komandiri, polkovnik Juravlyov Yevgeni Nikolayeviç, “Ratnik” isə onun tabeliyində olan bölmələrdən birinin komandiridir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*