Şərurlu İsfəndiyar həbs edilir? – Özü danışdıbackend

Şərurlu İsfəndiyar həbs edilir? – Özü danışdı

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı (“Şərurlu İsfəndiyar”) məhkəmə prosesləri davam edir. Ötən gün iş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə şirkət arasındakı 1 milyon dollarlıq məhkəmədə uduzan İ.Axundov digər bir prosesə çağırılsa da, getməyib. Belə ki, mayın 8-də ona qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Şikayət verən tərəfin müdafiəçisi Asim Abbasov bildirib ki, gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalı nəzərə alınaraq, İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulmalıdır.

İsfəndiyar Axundov niyə məhkəmə prosesinə getmir? Ümumiyyətlə, məhkəmə prosesinə üzrlü səbəb olmadan gəlməyənlərlə bağlı hansı tədbirlər görülür?

KONKRET.az xəbər verir ki, globalinfo.az bununla bağlı iş adamı ilə əlaqə saxlayıb.

Şərurlu İsfəndiyar məhkəmənin keçiriləcəyindən məlumatsız olduğunu deyib.

“Nə məhkəmə? Mənim xəbərim olmayıb, məhkəməyə çağırmayıblar”, – deyə o bildirib.

Vəkil Zabil Qəhrəmanov isə bildirib ki, təqsirləndirilən şəxsin məhkəməyə gəlməmə səbəbi araşdırılmalıdır:

“O bilərəkdən prosesə gəlmirsə, məhkəmə onu məcbur gətirməlidir. Yenə eyni davranış olarsa, həbs qətimkan tədbiri ilə onun barəsində axtarış elan edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*