Sərxoş alman izdihamı qarşısında tək dayanan Polkovnik Platov Putinə necə çevrilib? – ŞOK DETALLARbackend

Sərxoş alman izdihamı qarşısında tək dayanan Polkovnik Platov Putinə necə çevrilib? – ŞOK DETALLAR

“1989-cu ilin noyabrında Berlin divarının uçması ilə kommunizmi Qərbə yaymaq ideyası dağıldı. Varşava blokunun tikişləri artıq sökülmək üzrə idi.  Çox keçmədən Almaniya Demokratik Respublikası (ADR) da onu tərk etdi”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Kreml rəhbəri Vladimir Putinin keçmiş fəaliyyəti haqqında Rusiya mediasında dərc edilən məqalədə yer alıb.

Bu arada Şərqi Almaniyanın şəhərlərində çoxsaylı mitinqlər baş verirdi. Yarım sərxoş izdiham Ştazinin (ADR Dövlət Təhlükəsizliyi Nazirliyi) qərargahını və hökumət idarələrini dağıtdı. Dekabrda etiraz dalğası Drezdenə çatdı. Nümayişçilər Ştazinin yerli bölməsinin qərargahını darmadağın etdilər. Eyni zamanda, gizli agentlərin adları olan məxfi sənədlər oğurlandı. Ştazidən bir az kənarda, divarın o tayında isə SSRİ DTK-nın iqamətgahı yerləşirdi.

Путин в Дрездене: Один с пистолетом — перед толпой пьяных немцев

Polkovnik-leytenant Platov isə hələ də vəzifədə idi. Sərxoş kütlənin hücumundan qorxaraq ən yaxın hərbi hissə ilə əlaqə saxlayır və kömək istəyirdi. Ancaq orada imtina etdilər və yalnız Moskvanın icazəsi ilə kömək etməyin mümkünlüyü barədə bildirdilər. Moskva isə polkovnik-leytenantın zənglərinə cavab vermədi. Platov çətin vəziyyətdə qaldı, bundan çıxış yolu tapmaq lazım idi.

İllər sonra hadisə məlum olanda və o dövrün DTK sənədləri məxfilikdən çıxarılanda sovet əks-kəşfiyyatçısı Platovun əsl adı məlum oldu. Belə bir əməliyyatın arxasında 37 yaşlı polkovnik-leytenant Vladimir Putin gizlənirdi. O, hələ 1985-ci ildə ADR-ə göndərilib və bütün bu illər ərzində Drezdendə sovet-alman dostluğu evinin əməkdaşı kimi məxfi çalışıb.

Sonralar prezidentin özünün dediyi kimi, Almaniyada o, informatorları işə götürməli, məlumatları toplamalı, təhlil etməli və hesabatlar hazırlamalı idi. Lakin onun xidmət etdiyi şöbə SSRİ-nin ideoloji düşmənləri sayılan Böyük Britaniya, Fransa və ABŞ-la əməkdaşlıq edənlərlə məşğul olurdu. Onların arasında SPD-nin Şolz adlı gənclər təşkilatının liderlərindən biri də var idi. Bəli, söhbət Almaniyanın hazırkı kanslerinden gedir. Sonra o, Qərblə çox fəal əməkdaşlıq etməyə başladı və buna görə də Ştazi və DTK-nın “xüsusi nəzarəti altında” idi.

Путин в Дрездене: Один с пистолетом — перед толпой пьяных немцев

Gələcək prezidentin xatirələrinə görə, o zaman Moskvadan cavab almayanda artıq anladı ki, böyük dövlət kimi SSRİ mövcud deyil və rezidentura və onun işçiləri üçün bütün məsuliyyət yalnız sadə insanların üzərinə düşür. Beləliklə Putin zabit formasını geyinərək əksəriyyəti sərxoş və qəzəbli olan etirazçıların qarşısına çıxıb. Bu kütlə hər an hücuma keçməyə hazır idi. Onların qarşısına çıxan polkovnik-leytenant Berlin divarının yalnız Sovet İttifaqı buna icazə verdiyi üçün dağıldığını söyləyib. Ona görə də almanların qəzəblənməməli, əksinə SSRİ-yə təşəkkür etməli olduğunu deyib.

Путин в Дрездене: Один с пистолетом — перед толпой пьяных немцев

Eyni zamanda Putin bir zabit kimi sovet əmlakını sona qədər müdafiə edəcəyini, kəmərində 12 gülləsi olan tapança gəzdirdiyini və bir gülləni özü üçün saxladığını açıqlayıb. Nümayişçilərə arxasını çevirən Putin, izdihamdan hər saniyə hücum gözləyərək iqamətgaha geri dönüb. Beləliklə, polkovnik-leytenant Platov (Putin – red) SSRİ-nin və sovet zabitinin şərəfini qorumaq üçün sona qədər mübarizə aparıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*