Ermənistanda ordudan patron və konserv oğurlayanlar TUTULDUbackend

Ermənistanda ordudan patron və konserv oğurlayanlar TUTULDU

Ermənistanda Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulmuş döyüş sursatı və qida konservlərini qanunsuz yolla mənimsəyən iki nəfər saxlanılıb.

KONKRET.az xəbər verir ki, 47 və 55 yaşlı şəxslərin İrəvan-Mehri magistral yolundan Yeğeqnadzor şəhərinin polis bölməsinə aparıldığı qeyd olunub.

Həmçinin onların idarə etdiyi avtomobil də polis bölməsinə gətirilib. Aparılan axtarış nəticəsində avtomobildə Müdafiə Nazirliyinin ehtiyacları üçün nəzərdə tutulmuş 1309 pulemyot patronu və 240 konserv qida məhsulları tapılıb.

Şübhəlilərdən biri patron və konservləri keçən ilin oktyabrında Qarabağda döyüş əməliyyatları davam edən zamanı əldə etdiyini bildirib. Faktla bağlı ekspertiza təyin olunub. Hadisənin təfərrüatları araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*