Səyyad Əlizadənin xanımı da xəstəxanaya yerləşdirildi – YENİLƏNİBbackend

Səyyad Əlizadənin xanımı da xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

Zığda yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən müğənni Səyyad Əlizadənin səhhətində dəyişiklik yoxdur.

KONKRET.az xəbər verir ki, bu haqda teleqraf.com-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.

“Hələ də reanimasiyadadır, səhhəti stabildir. Həyat yoldaşı da koronavirusa yoluxub, xəstəxanadadır. O, virusu yüngül keçirdiyinə görə palatadadır”.

Qeyd edək ki, Səyyad Əlizadə süni tənəffüs aparatına qoşulub.

***

 09:47
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, qohumu bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur.

“Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur”, – sənətçinin qohumu vurğulayıb.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*