Səyyar vaksinasiya: Peyvəndlər necə qorunur? – CAVABbackend

Səyyar vaksinasiya: Peyvəndlər necə qorunur? - CAVAB

Ölkəmizdə COVID-19 virusuna qarşı vaksinasiya prosesi sürətləndirilib. Tibb məntəqələri ilə yanaşı iri ticarət mərkəzləri, marketlər, avtovağzalda peyvəndləmə aparılır. Bəs bu peyvəndlər hansı şəraitdə saxlanılır?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Teleqraf.com-un sorğusunu Səhiyyə Nazirliyi cavablandırıb.

Bildirilib ki, səyyar vaksinasiya məntəqələrinə peyvəndlər gündəlik olaraq daxilində buz balışları və termometr yerləşdirilməklə termoçantalar vasitəsi ilə çatdırılır.

“Həmin termoçantalar müsbət 2-8 dərəcə temperaturda peyvəndləri bir neçə saat saxlayır.Günün sonunda istifadə olunmamış peyvəndlər geri – əsas məntəqəyə qaytarılır. Bu praktika digər ölkələrdə də istifadə olunur”- deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*