Si Çzinpin Honq Konqu zorakılığa son qoymağa və nizamı bərpa etməyə çağırırbackend

Si Çzinpin Honq Konqu zorakılığa son qoymağa və nizamı bərpa etməyə çağırır

KONKRET.az xəbər verir ki, Çin prezidenti Si Çzinpin Honk Konqu “zorakılıq və xaos” a mümkün qədər tez son qoymağa çağırıb. “Kommersant” xəbər verir ki, son dörd ayda minlərlə etiraz aksiyası keçirilib.

“Zorakılıq və xaos, habelə nizamsızlıq Honq Konq üçün ən aktual problemlərdir”.

Qeyd edək ki, ÇXR hökuməti “bir ölkə – iki sistem” kursunu davam etdirmək və bölgədəki böhranın aradan qaldırılması üçün şəhər hakimiyyəti və polisinin hərəkətlərini dəstəkləmək niyyətindədir.

Honq Konqda qanunun aliliyini və ictimai qaydanı pozan, şəhərin sabitliyinə və çiçəklənməsinə ciddi zərbə vuran və “bir ölkə – iki sistem” prinsipinə meydan oxuyan radikal və cinayətkar hərəkətlər davam edir.

Xatırladaq ki, Honq Konq sakinlərinin narazılığının əsl səbəbi ekstradisiya qanununun hazırlanması olub. Aksiya iştirakçıları təhlükəsizlik qüvvələrinin aksiyalar zamanı etdiyi hərəkətlərin araşdırılmasını, seçki hüququnun dəyişdirilməsini və rayon rəhbərliyinin başçısı Kerri Lamın istefasını tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*