Meksikanın Quanaxuato ştatının İrapuato şəhərində yerləşən “La Texana” adlı bara gecə saatlarında silahlı basqın edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Hücumun narkotik şəbəkələri arasında baş verən qarşıdurma səbəbiylə həyata keçirildiyi güman edilir.
Qeyd edək ki, sentyabrın 21-də Quanaxuato ştatında bara edilən basqında 10 nəfər həlak olub.
İqbal Rzayev,
KONKRET.az
