Cənubi Koreya Şimali Koreyanın nüvə sınaqlarına hazırlaşması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb.
KONKRET.az xəbər verir ki, ölkə kəşfiyyatının hazırladığı hesabata görə, Şimali Koreya hərbçiləri bu məqsədlə sınaq meydançasında dörd tuneldən birini bərpa edir. İşlərin bir ay ərzində tamamlanması gözlənilir.
Məsələnin BMT-də müzakirəyə çıxarılacağı istisna edilmir. Artıq dünyanın nüvə təhlükəsilə üz-üzə qaldığı ortadadır. Rusiya-Ukrayna müharibəsindən sonra bir sıra ölkələrdə nüvə sınaqları və xəbərdarlıqları ilə bağlı aktivlik müşahidə olunmağa başlayıb.
Natiq Səlim,
KONKRET.az
