“ABŞ il sonuna qədər verdiyimiz vaxtı nəzərə almazsa, biz də nüvə müzakirələri ilə bağlı üzərimizə düşən öhdəliklərə riayət etməyəcəyik”.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, Şimali Koreyanın BMT-dəki nümayəndəsi Yu Yonq-çol belə deyib.
“Qarşı tərəfin hörmət edə bilməyəcəyi öhdəliyə təktərəfli sadiq qalmağı gərəksiz görürük”, – deyə diplomat bildirib.
Yonq-çol eyni zamanda ABŞ-ı ən vəhşi və qeyri-insanı sanksiyalar tətbiq etməkdə ittiham edib.
