Cənubi Koreya Şimali Koreyanın keçən həftə sınaqdan keçirdiyi raketin “yeni tip” qitələrarası ballistik raket olmadığını iddia edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya ordusundan verilən açıqlamada Şimali Koreya dövlət televiziyası tərəfindən yayımlanan videonun araşdırıldığı bildirilib və raketin “Hwasong-17” deyil, 2017-ci ildə sınaqdan keçirilən “Hwasong-15”in dəyişdirilmiş versiyası olduğu qeyd edilib.
Xatırladaq ki, Şimali Koreya martın 24-də sınaqdan keçirdiyi raketin “yeni tip” qitələrarası ballistik raket olduğunu açıqlayıb. Cənubi Koreya raketin 6200 kilometrdən çox yüksəklikdə təxminən 1080 kilometr uçduğunu bildirib.
Yaponiya raketin Hokkaydadakı Oşima bölgəsindən 150 kilometr qərbə, iqtisadi zonaya düşdüyünü təsdiqləyib.
İqbal Rzayev,
KONKRET.az
