Sindzo Abenin ölüm xəbəri TƏSDİQLƏNDİbackend

Sindzo Abenin ölüm xəbəri TƏSDİQLƏNDİ

Yaponiyanın sabiq baş naziri Sindzo Abe ona qarşı edilən sui-qəsddən sonra xəstəxanada ölüb.

KONKRET.az xəbər verir ki, bu informasiyanı Yaponiyanın NHK telekanalı yayıb.

Keçmiş baş nazir küçədə çıxış edərkən cinayətkar onun kürəyinə iki dəfə atəş açıb.

67 yaşlı siyasətçi vertolyotla xəstəxanaya aparılıb, daşınma zamanı onun vəziyyəti ağır olub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova insidentlə bağlı bağlı açıqlama verib və Sindzo Abeyə edilən sui-qəsdi terror aktı adlandırıb.

O, qeyd edib ki, Abe “Rusiya-Yaponiya münasibətlərinin inkişafına əvəzsiz töhfə vermiş” görkəmli siyasi xadimdir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*