Sirli, qəfil ölümün əsas səbəbi müəyyənləşdi – Tibbdə yenilikbackend

Sirli, qəfil ölümün əsas səbəbi müəyyənləşdi - Tibbdə yenilik

ABŞ-ın Yel Universiteti

ABŞ-ın Yel Universitetinin alimləri sirli, qəfil ölümün əsas səbəbini tapıb. Alimlərə görə, hüceyrələrin mexaniki dəstəyində iştirak edən toxuma quruluşları təhlükəli ürək xəstəliyinin inkişafında əhəmiyyətli rol oynayır. Alimlər bu prosesi hipertrofik kardiomiopatiyanın yeni forması kimi təqdim edirlər. Qeyd edək ki, hipertrofik kardiomiopatiya – miokardın birincili izoləolunmuş zədələnməsidir, mədəciklərin (xüsusən sol) hipertrofiyası, onların boşluqlarının normal həcmi və ya kiçilməsi ilə xarakterizə edilir. Xəstəlik ürək çatışmazlığı, döş qəfəsində ağrılar, ritm pozğunluğu, sinkopal vəziyyətlər, qəfləti ölümlə təzahür edir. adlandırıb. Bu vəziyyətdə fiziki cəhətdən sağlam görünüşlü bir insan qəflətən ölə bilər. Bu barədə MedicalXpress dərgisinin press-relizində bildirilir. Tədqiqatçılar hipertrofik kardiomiopatiyanın – ürək əzələsinin getdikcə qalınlaşdığı genetik bir xəstəliyin strukturunu müəyyən ediblər. Alimlər kardiomiopatiyanın bir heyvan modeli olan  donuzun üzərində təcrübə aparıblar və xəstəliyi meydana gətirən birləşdirici toxumalarını araşdırıblar. Təcrübə zamanı qüsurlu ürək hüceyrələri toxumadan çıxarılıb və sağlam ürək əzələ hüceyrələri ilə əvəz olunub. Alimlər bununla da xəstəliyin qabaqcadan aşkar edilərsə, müalicə üsullarını da tapıblar. Deməli, ürəkdə dəstəkləyici strukturların sərtliyi hüceyrələrin daha da böyüməsinə səbəb olur ki, bu da əzələlərin qalınlaşmasını sürətləndirir.

Bir genetik xəstəlik olan və təxminən 500 adamdan birinə təsir edən hipertrofik kardiyomiopatiya ilə sol və sağ mədəciyin divarları qalınlaşır. Bu vəziyyət görünən simptomları olmayan gənc idmançılar üçün tez-tez ölüm səbəbi hesab olunur. Yaşlı xəstələr isə ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan funksional pozğunluq nəticəsində dünyasını dəyişə bilər.

 

Sevinc Paşayeva,

Konkret.az

Bir cavab yazın